NİYƏ Mobilink.az ?
Mobilink.az Azərbaycanın ilk və ən böyük rəqəmsal reklam platformasıdır. Bu platforma ilə Azərbaycanda ilk dəfə yüzlərlə yayınçı və reklamverəni bir araya gətirdik. Yerli və xarici mütəxəssislər tərəfindən hazırlanan, 1 il boyunca təkmilləşdirilən və 2010-cu ildən uğurla sınaqdan keçirilən platformamızda siz də istər kiçik, istər böyük büdcələrlə effektiv nəticələr əldə edə bilərsiniz. Qlobal reklam şəbəkələri ilə müqayisədə sərfəli şərtlər təklif edən Mobilink.az ilə yerli bazarda daha optimal və uğurlu kampaniyalar aparmağın mümkünküyünə siz də əmin olacaqsınız!
DƏRİN HƏDƏFLƏMƏ
Reklam kampaniyalarınızı yerləşdirərkən sizə ümumi auditoriyadan başqa, istəyinizə uyğun hədəf qrupları da təklif olunur. Reklamınızın konkret hansı kateqoriyalı saytlarda, hansı qurğularda (destkop, mobil, tablet), hansı mobil opertor istifadəçilərində (Bakcell, Azercell, Azerfon) və hansı intertet bağlantısında (3G, 4G və ya ADSL) görünməsini özünüz seçə bilirsiniz.
EFFEKTİVLİYƏ NƏZARƏT
Mobilink.az platformasında siz reklamlarınızı CPM, CPC və ya CPA modeli ilə yerləşdirə, potensial müştərinizə ən qısa yolla çata bilərsiniz. Mobilink.az bütün standart reklam ölçülərini dəstəkləməklə yanaşı, özünəməxsus həllər də təklif edir. Hər real klik - potensial müştəriniz, hər görüntü isə kampaniyanızın daha çox tanınması deməkdir. Şəxsi kabinetinizdən reklamlarınızın gerçək zamanlı (real-time) və istənilən vaxt aralığı üçün statistikası ilə tanış ola, kampaniyalarınızın effektivliyinə nəzarət edə bilərsiniz. Davam edən reklamlarınızı istənilən an redaktə edə, hədəf kütlənizi genişlədə və ya daralda, büdcənizi optimallaşdıra bilərsiniz.
AUDİTORİYANIZI GƏLİRƏ ÇEVİRİN
Ölkənin əksər populyar saytları da daxil olmaqla, artıq 200-dən yuxarı internet portalı Mobilink.az platformasından gəlir qazanır. Siz də hesab açıb sabit reklam kodlarını saytınızın uyğun yelərinə yerləşdirməklə davamlı gəlir mənbəyi əldə edəcəksiniz. Gəlirlərinizin səviyyəsi auditoriyanızın miqyasından, bannerlərin sayı və effektiv yerləşdirilməsindən birbaşa asılıdır.
NECƏ QAZANIRSINIZ?
Saytınız və yerləşdirdiyiniz bannerlər təsdiqləndikdən sonra görüntü (CPM) və ya tıklama (CPC) modeli ilə qazanmağa başlayacaqsınız. Hansı model ilə qazanmağınız sizin və reklamverənin tərcihindən asılı olaraq dəyişir. Yerli və xarici mütəxəssislər tərəfindən hazırlanmış avtomatlaşdırılmış sistemimiz sizin və reklamverənin seçimlərini uzlaşdıraraq, ən uyğun reklamları seçir və sizin daha çox qazanmağınızı təmin edir.
GƏLİRİ NECƏ GÖTÜRÜRSÜNÜZ?
Şəxsi kabinetiniz vasitəsi ilə siz istənilən vaxt aralığı üçün gəlir və statistikanızı izləyə bilərsiniz. Hər bir reklam yerinin statistikasını da ayrıca analiz etmək, effektivliyini ölçmək imkanına sahibsiniz. Qazancınız Tamamlanmış və Gözləyən Balans olaraq iki hissəyə ayrılır. Tamamlanan Balansı hər ayın ilk yarısında avtomatik olaraq hesabınıza və ya kartınıza çəkə bilərsiniz.
admin@mobilink.az
+99455 528 48 28 +994559072507